...

Elman Rüstəmov kriptovalyuta bazarından danışdı - Ayıq-sayıq olmaq lazımdır

İqtisadiyyat Materials 12 Fevral 2018 14:35 (UTC +04:00)
Azərbaycan əhalisi kriptovalyutalarla əməliyyatlar zamanı sayıqlığı itirməməlidir.
Elman Rüstəmov kriptovalyuta bazarından danışdı - Ayıq-sayıq olmaq lazımdır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan əhalisi kriptovalyutalarla əməliyyatlar zamanı ayıq-sayıqlığı itirməməlidir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

O deyib: “Bazardakı son hadisələr göstərdi ki, kriptovalyutalar çox volatil alətdir və bu volatillik gələcəkdə də saxlanacaq”.

Mərkəzi Bank rəhbəri bildirib ki, kriptovalyutaya investisiyalar çox risklidir. “Bu, nizamlanmayan vasitədir”.

Qeyd edək ki, bir müddət əvvəl E.Rüstəmov AMB-nin kriptovalyutalara mühafizəkar yanaşdığını vurğulamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti