...

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 19 Fevral 2018 13:31 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir.

EUR

Dünya valyuta birjalarında avronun qiyməti 1.25$-a kimi bahalaşdıqdan sonra 1.24$-a kimi ucuzlaşıb və təhlillərə əsasən, qiymət 1.23$-a kimi də ucuzlaşa bilər. Avrozona iqtisadiyyatı ilə bağlı gözləntilərin zəifləməsi və Amerika Mərkəzi Bankının sərt monetar siyasəti avroya olan təzyiqləri artıra bilər.

Beləliklə, cümə günü Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq, Avrozonanın inflyasiya səviyyəsi ilə bağlı önəmli fundamental göstəricilərin də məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.

GBP

Beynəlxalq valyuta birjalarında dolların cümə günü bahalaşması, funt sterlinqin də ucuzlaşmasına səbəb olub. 1.41$-ın altında dalğalanan GBP/USD məzənnəsi 1.39$-a kimi də ucuzlaşa bilər.

Bu həftənin çərşənbə günü saat 18:15-də İngiltərə Mərkəzi Bankının parlament qarışısında hesabatı da gözlənilir və bu hadisə investorların diqqət mərkəzində olacaqdır.

TRY

Türkiyə bazarlarında də USD/TRY qiyməti 3.74TL-ə kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb və burada da dolların qiyməti 3.74TL-ın üzərində qalarsa, 3. 3.76TL-ə kimi bahalaşması proqnozlaşdırılır.

NEFT

Enerji bazarlarında isə keçən həftənin ikinci yarısından etibarən neft qiymətlərində başlayan bahalaşma davam etməkdədir. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 65.00$-ın üzərində qalarsa, gələcək günlərdə 66.60 və 68.68$-a kimi bahalaşa bilər.

QIZIL

Əlvan metallar bazarlarında da qızıl qiymətlərində ucuzlaşmanın şahidi oluruq. Hal-hazırda 1346$-ın (43.2 $/qram) altında təklif edilən qızıl fyuçersləri, bundan sonra 1341$ (43.0 $/qram) və 1335$-a (42.8 $/qram) kimi də dəyər itirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti