...

Bakıda Ali Maliyyə Nəzarəti Orqanlarının fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi ilə bağlı seminar keçirilir

İqtisadiyyat Materials 20 Fevral 2018 11:00 (UTC +04:00)
Bakıda Ali Maliyyə Nəzarəti Orqanlarının fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi ilə bağlı seminar keçirilir.
Bakıda Ali Maliyyə Nəzarəti Orqanlarının fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi ilə bağlı seminar keçirilir

Bakı. Trend:

Fevralın 20-21-də Azərbaycan Hesablama Palatasında "Ali Maliyyə Nəzarəti Orqanlarının (AMNO) fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin əhəmiyyəti” mövzusunda seminar keçirilir.

Palatadan Trend-ə verilən məlumata görə, 2017-ci il sentyabrın 5-6-da Bakı şəhərində keçirilmiş MDB üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərlər Şurasının XVII sessiyasında qəbul olunmuş İş Planına əsasən Azərbaycan Hesablama Palatasının sədrliyi ilə iki gün davam edəcək seminarda Rusiya Hesablama Palatasının, Belarus Dövlət Nəzarət Komitəsinin, Qazaxıstanın Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin, Qırğızıstan Hesablama Palatasının nümayəndə heyətləri iştirak edirlər.

Tədbirdə iştirakçı qurumların nümayəndə heyətlərinin mövzu üzrə məruzələri dinləniləcək, müzakirələr aparılacaq.

Eyni zamanda, 21 fevral 2018-ci il tarixində Azərbaycan və Rusiya Hesablama palataları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində sosial təminat üzrə ödənişləri həyata keçirən fondların auditi, eləcə də tibb, təhsil, mədəniyyət, kinemotoqrafiya və tibbi sığorta sahələrinə ayrılmış büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti