...

Azərbaycanın Çexiyadakı səfirliyi ilə Avropa-Azərbaycan Ticarət Palatası memorandum imzalayıb (FOTO)

İqtisadiyyat Materials 21 Fevral 2018 19:36 (UTC +04:00)
Azərbaycanın Çexiyadakı səfirliyi ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Azərbaycanın Çexiyadakı səfirliyi ilə Avropa-Azərbaycan Ticarət Palatası memorandum imzalayıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Çexiyadakı səfirliyi ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sözügedən memorandumun, Azərbaycanla Çexiya arasında ticari-iqtisadi münasibətlərinin inkişaf etdirilməsi, hər iki ölkənin işgüzar dairələri arasında təmasların təşviqi, eləcə də Çexiyada Azərbaycanın təbliğ edilməsinə xidmət edəcək.

Səfirlik ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) arasında indiyə qədər uğurlu əməkdaşlıq davam etməkdədir. Belə ki, əməkdaşlığın nəticəsi olaraq, "Gəncə avtomobil zavodu" ilə Çexiyanın "Tatra" şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair Memorandum Azərbaycanın Çex Respublikasındakı səfirliyində imzalanıb. Əməkdaşlığın davamı olaraq, Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) ilə səfirlik arasında cari il ərzində ölkəmizlə bağlı müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti