...

Unibank korporativ müştəriləri üçün yeni biznes texnologiyasını istifadəyə verib

İqtisadiyyat Materials 22 Fevral 2018 11:16 (UTC +04:00)
Unibankın korporativ müştəriləri indi cəmi bir əməliyyatla mühasibatlıq sistemlərini internet bankinqə köçürə biləcəklər.
Unibank korporativ müştəriləri üçün yeni biznes texnologiyasını istifadəyə verib

Bakı. Trend:

Unibankın korporativ müştəriləri indi cəmi bir əməliyyatla mühasibatlıq sistemlərini internet bankinqə köçürə biləcəklər.

Bankdan Trend-ə verilən məlumata görə, bankın biznes müştəriləri üçün tətbiq etdiyi Open API sistemi müştərilərə real zamanda hesabları haqqında məlumatları əldə etmək, həmçinin rəqəmsal platforma vasitəsilə maliyyə hesablarını idarə etmək imkanı yaradır.

API –da müştərinin kartları və hesabları haqqında bütün məlumatlar mövcuddur. Bu platforma müştəriyə bütün hesablarını izləmək və maliyyə hesablarını idarə etmək imkanı verir. Sistem bir neçə bank hesabı olan müştərinin işini daha da asanlaşdırır. API-dən istifadə edərək, müştəri bir hesabından digər hesabına asanlıqla pul köçürə bilər. Unibankın korporativ müştərilərinə təqdim etdiyi bu sistemi öz hesablaşma sisteminə inteqrasiya edən müştəri, səhvsiz və gecikmədən ödənişləri göndərə bilir.

Open API –ın əsas üstünlükləri

Open API məlumatların tam təhlükəsizliyini təmin edir;
Müştəri üçün öz sistemində ödəniş yaratdıqdan sonra, İB-də eyni ödənişi yaratmağa ehtiyac qalmır, ödəniş avtomatik olaraq yaradılır;
Əməliyyatların statusları barədə məlumat alır;
Hesabdan çıxarış əldə etmək imkanı yaradır.

Hazırda API vasitəsilə İnternet Bankinqdə bütün növ ödənişlər və köçürmələr keçirmək (əmək haqqı və kütləvi ödənişlər yaxın zamanda olacaq) mümkündür:

Hesabdan hesaba köçürmələr (ölkədaxili və ölkəxarici)
Hesabdan karta köçürmələr
Kartdan karta
Kartdan hesaba
Konvertasiya əməliyyatları
Büdcə ödənişləri
Azercell ödənişləri
ƏDV ödənişləri

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti