...

Bakı-Sumqayıt, Yalama-Bakı və Şirvan-Bakı elektrik qatarları adi iş qrafikini bərpa edib

İqtisadiyyat Materials 23 Fevral 2018 16:15 (UTC +04:00)
Fevralın 23-dən başlayaraq Bakı-Sumqayıt, Yalama-Bakı və Şirvan-Bakı elektrik qatarları adi iş qrafikini bərpa edib
Bakı-Sumqayıt, Yalama-Bakı və Şirvan-Bakı elektrik qatarları adi iş qrafikini bərpa edib

Bakı. Maksim Tsurkov - Trend:

Fevralın 23-dən başlayaraq Bakı-Sumqayıt, Yalama-Bakı və Şirvan-Bakı elektrik qatarları adi iş qrafikini bərpa edib.

Trend bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən məlumat verir.

Məlumata görə, bu qərar Bakı yük stansiyası – Keşlə sahəsində təmirin başa çatması ilə əlaqədardır:

“Bu gündən başlayaraq Bakı-Sumqayıt-Bakı, 612 saylı Yalama-Bakı və 6703 saylı Şirvan-Bakı elektrik qatarları 2017-ci il dekabrın 10-da təsdiq olunmuş cədvələ əsasən hərəkət edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti