...

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 26 Fevral 2018 10:38 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir:

EUR

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi keçən həftə ərzində 1.2259$-a kimi ucuzlaşdıqdan sonra bahalaşıb və bu gün də 1.2300$-ın üzərində təklif edilməkdədir.

Qiymətin qrafik mənzərəsi ilə tanış olduqda, ucuzlaşma dinamikasının zəiflədiyi müşahidə edilir və bu, qiymətin daha da bahalaşa biləcəyi proqnozlarını gücləndirir. Beləliklə, qiymət yenidən 1.2390$-a kimi bahalaşa və bu səviyyənin üzərində möhkəmləndikdən sonra artım dalğası 1.2440$-a kimi də güclənə bilər.

Bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 14:00 və cümə günü saat 17:30-da müvafiq olaraq açıqlanacaq Avrozonanın inflyasiya və ABŞ-ın əmək bazarı ilə bağlı fundamental məlumatlar da məzənnələrə güclü təsirləri baxımından investorların diqqət mərkəzindədir.

GBP

GBP/USD məzənnəsi də bahalaşıb və bu gün 1.40$-ın üzərində ticarət edilməkdədir. Burada da təhlillərə əsasən, qiymət 1.40$-ın üzərində qaldıqca, 1.4042 və 1.4127$-a kimi bahalaşa bilər.

Eyni zamanda, bu həftənin cümə günü İngiltərənin baş naziri Tereza Meyin “BREKSIT”-in ikinci mərhələsi fonunda Avropa Birliyi ilə gələcək münasibətlərin formatı mövzusunda təkliflər irəli sürməsi gözlənilir. Bu mövzuda hər hansı açıqlamalar maliyyə bazarlarında yüksək həssaslıqla izlənilir və böyük dalğalanmalara səbəb olur.

TRY

Türkiyə bazarlarında da dolların qiyməti 3.81TL-ə kimi bahalaşdıqdan sonra 3.78TL-ə kimi ucuzlaşıb və bu səviyyənin altında qaldıqca, 3.77 və 3.76TL-ə kimi də ucuzlaşa bilər.

NEFT

Enerji bazarlarında neft qiymətlərində başlayan bahalaşma davam etməkdədir. Artıq 67$-ın üzərində təklif edilən Avropanın Brent neftinin bir barel qiyməti 68.29$-a kimi bahalaşa bilər.

QIZIL

Əlvan metallar bazarlarında qızıl bir unsiyası 1337$-a (42.9 $/qram) kimi dəyər qazanıb və 1346$-a (43.2 $/qram) kimi də dəyər qazana bilər. Dünya birjalarında aparıcı valyutaların dollara nisbətən qiymətlərində bahalaşma güclənərsə, bu, qızıl qiymətlərinə də müsbət təsir edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti