Bakı. Trend:
Kriptovalyuta bazarında öncəki günlərin qiymət çökmələrindən sonra artım davam edib.
Trend-in məlumatına görə, bahalaşma özünü bütün virtual pulların qiymətində göstərib.
Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 0,14% bahalaşaraq 8,86 dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiymətində də artım davam edir. Belə ki, "Ethereum" 4,3% və ya 631 dollaradək, "Ripple" 0,58% (0,87 dollara qədər), "Bitcoin Cash" isə 1,91% (749,16 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 393,46 milyard dollar təşkil edir.