...

Bitkoinin qiyməti dəyişməz qalıb

İqtisadiyyat Materials 2 İyun 2018 00:13 (UTC +04:00)
Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti son 24 saat ərzində dəyişməz qalıb
Bitkoinin qiyməti dəyişməz qalıb

Bakı. Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti son 24 saat ərzində dəyişməz qalıb.

Trend-in məlumatına görə, bitkoinin 7,5 min dollar alınıb satılır.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 0,07% ucuzlaşaraq 7,56 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 1,47% və ya 582,93 dollaradək, "Ripple" 0,3% (0,616 dollara qədər) bahalaşıb, "Bitcoin Cash" isə 1,18% (1004,8 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 333,32 milyard dollar təşkil edir və bunun 39 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti