...

Salyanda Azercell Eksklüziv mağazasının açılışı baş tutdu (FOTO)

İqtisadiyyat Materials 4 İyun 2018 13:06 (UTC +04:00)
Abunəçilərinin rahatlığı və xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azercell Telekom daha bir regional mağazasının açılışını edib.
Salyanda Azercell Eksklüziv mağazasının açılışı baş tutdu (FOTO)

Bakı. Trend:

Abunəçilərinin rahatlığı və xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azercell Telekom daha bir regional mağazasının açılışını edib.

Trend-in məlumatına görə, bu dəfə şirkət Salyan şəhəri Heydər Əliyev küç., 105 ünvanında yeni konsepsiyaya uyğun ofisini abunəçilərin ixtiyarına verib.

Xatırladaq ki, ən müasir avadanlıqla təchiz olunan mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satış mütəxəssisləri dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuarlar, cihazlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Mağaza həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər abunəçilərə yüksək keyfiyyətli xidmət göstərir. Onu da qeyd edək ki, açılış günündə Salyan Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə qazanıblar.

Yeni mağazanın açılış gününün 1 uyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf etməsi ilə əlaqədar olaraq Azercell şirkəti gənc ziyarətçilər üçün əyləncəli proqram və xüsusi hədiyyələr də təqdim edib.

Qeyd edək ki, ilin sonuna qədər Azercell Bakı və regionlarda yeni Eksklüziv mağazalarının sayını artırmağı planlaşdırır.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti