...

Dünya Bankı: Azərbaycan kənd təsərrüfatında rəqəmsal texnologiyalardan daha fəal istifadə etməlidir

İqtisadiyyat Materials 25 İyun 2018 19:59 (UTC +04:00)
Azərbaycan kənd təsərrüfatında rəqəmsal texnologiyalardan daha fəal istifadə etməlidir
Dünya Bankı: Azərbaycan kənd təsərrüfatında rəqəmsal texnologiyalardan daha fəal istifadə etməlidir

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan kənd təsərrüfatında rəqəmsal texnologiyalardan daha fəal istifadə etməlidir.

Trend-in məlumatına görə, Dünya Bankının kənd təsərrüfatı üzrə qlobal praktikasının rəhbəri Culian Lampyetti bildirib.

C.Lampyettinin sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatı qarşısında dayanan əsas problemlər aşağı məhsuldarlıq, ixracın məhdud bazarlarda cəmlənməsi və texnologiyaların kənd təsərrüfatında az tətbiq olunmasıdır:

“Azərbaycanın kənd təsərrüfatında ümumi istehsalat potensialı 1,1 milyard dollar təşkil edir, amma hazırda ölkə bu potensialın təxminən yarısını istifadə edir. Digər mənfi göstərici isə odur ki, Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracının 77 faizi Rusiyanın payına düşür. Ona görə də yeni bazarlar haqqında fikirləşmək lazımdır”.

Bank rəsmisi əlavə edib ki, texnologiyaların inkişafı Azərbaycanda məhsuldarlığı üçqat artırmağa imkan verəcək:

“Biz inanırıq ki, rəqəmsal texnologiyalar gələcəkdə aqrar sektorun inkişafını təmin edəcək. Ona görə də biz Azərbaycana yeni texnologiyalar tətbiq etməyi məsləhət görürük. Biz bu sahədə hökuməti dəstəkləməyə hazırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti