...

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC açıq müsabiqənin müddətini uzadıb

İqtisadiyyat Materials 14 İyun 2018 14:07 (UTC +04:00)
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Bərə terminalının 1 və 2 saylı qaldırıcı-keçirici dəmir yolu körpülərinin müayinə edilməsinə dair xidmətlərin satınalınması ilə əlaqədar elan olunmuş açıq müsabiqənin müddəti uzadılıb
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC açıq müsabiqənin müddətini uzadıb

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Bərə terminalının 1 və 2 saylı qaldırıcı-keçirici dəmir yolu körpülərinin müayinə edilməsinə dair xidmətlərin satınalınması ilə əlaqədar elan olunmuş açıq müsabiqənin müddəti uzadılıb.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) və qiymət təklifini (möhürlənmiş ikiqat zərfdə) 22 iyun 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 27 iyun 2018-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonları: (012) 498-91-84; (012) 599-00-03 (1401)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti