...

Dövlət büdcəsinin gəlir və xərcləri artırıldı

İqtisadiyyat Materials 29 İyun 2018 12:46 (UTC +04:00)
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Dövlət büdcəsinin gəlir və xərcləri artırıldı

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin növbədənkənar son plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə dəyişikliklər qəbul olunub.

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barrelinin satış qiyməti təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 dollar artırılaraq 55 dollara çatdırılıb.

Buna müvafiq olaraq büdcədə digər istiqamətlər üzrə xərclər də artırılıb.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti