...

Bakı-Sumqayıt elektrik qatarları cədvəl üzrə hərəkət edir

İqtisadiyyat Materials 4 İyul 2018 09:11 (UTC +04:00)
Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları cədvəl üzrə hərəkət edir
Bakı-Sumqayıt elektrik qatarları cədvəl üzrə hərəkət edir

Bakı. Trend:

İyulun 3-də Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakıdan bölgələrə gedən və bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır.

Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, Astara-Horadiz-Bakı sərnişin qatarı vaxtında, Böyük Kəsik-Bakı sərnişin qatarı bir saat yarım gecikmə ilə artıq Bakı-sərnişin stansiyasına çatıb. Digər sərnişin qatarları gecikmələrlə Bakıya gəlməkdədir.

Bu gün Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları cədvəl üzrə hərəkət edir. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün, gün ərzində iki dəfə olmaqla, bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti