...

Nazir: Polşanın Azərbaycanda ticarət nümayəndəliyinin açılması ticarətin və qarşılıqlı investitsiyaların inkişafına müsbət təsir göstərəcək (ÖZƏL)

İqtisadiyyat Materials 7 İyul 2018 21:52 (UTC +04:00)
Polşa 2018-ci ildə Azərbaycanda ticarət nümayəndəliyini açmaq niyyətindədir.
Nazir: Polşanın Azərbaycanda ticarət nümayəndəliyinin açılması ticarətin və qarşılıqlı investitsiyaların inkişafına müsbət təsir göstərəcək (ÖZƏL)

Bakı. Trend:

Polşa 2018-ci ildə Azərbaycanda ticarət nümayəndəliyini açmaq niyyətindədir. Bu barədə Trend-ə Polşanın xarici işlər naziri Yaçek Kşiştof Çaputoviç müsahibəsində bildirib.

Nazir deyib: "Bu il biz Bakıda ticərət nümayəndəliyinin ofisini açmağı planlaşdırırıq. Bu Polşa İnvestisiya və Ticarət Təşkilatı (PAIH) nəzdində fəaliyyət göstərən filial olacaq. Mən əminəm ki, bu ticarət nümayəndəliyi ticarət və qarşılıqlı investisiyaların daha da artmasına təkan verəcəkdir ".

Çaputoviç qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Polşanın çox vacib iqtisadi tərəfdaşıdır.

Nazirin sözlərinə görə, Polşa kənd təsərrüfatı, nəqliyyat, kimya sənayesi, informasiya texnologiyaları, gəmiqayırma, turizm və kiçik elektronika kimi sahələrdə Azərbaycanla əməkdaşlığın inkişafına diqqət yetirməyi planlaşdırır.

"Azərbaycan Polşanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2017-ci ildə Polşa şirkətləri üçün dünyanın ən perspektivli 22 bazarından biri olaraq müəyyən olunmuşdur. Qeyd etmək istəyirəm ki, Polşa sürətlə inkişaf edən iqtisadiyyatıyla Avropa İttifaqında altıncı böyük bazar sayılır. 2017-ci ildə ölkənin ÜDM-i 4,6% , 2018-ci il üçün proqnoz 3,8 faiz təşkil edir ", - deyə Çaputoviç bildirib.

"Hazırda bizim əsas məqsədimiz ikitərəfli münasibətlərdə ticarət və investisiya potensialını gücləndirməkdir. Polşa Prezidenti Anjey Duda bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə Varşavaya son səfəri zamanı qeyd edib", - Çaputoviç bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti