...

Bitkoin ucuzlaşır

İqtisadiyyat Materials 10 İyul 2018 23:14 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoin son sutka ərzində ucuzlaşıb
Bitkoin ucuzlaşır

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoin son sutka ərzində ucuzlaşıb.

Trend-in məlumatına görə, 6,6 min dolalr ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti 1,19% ucuzlaşaraq 6 688 dollar təşkil edib.

Alternativ kriptovalyutalar da ucuzlaşıb. Belə ki, "Ethereum" 4,51% və ya 462,55 dollaradək ucuzlaşıb, "Ripple" 3,36% (0,461 dollara qədər), "Bitcoin Cash" 3,29% (724,02 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 264,05 milyard dollar təşkil edir və bunun 43 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti