...

Bitkoin haker hücumundan sonra ucuzlaşır

İqtisadiyyat Materials 12 İyul 2018 00:05 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir
Bitkoin haker hücumundan sonra ucuzlaşır

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir.

Trend-in məlumatına görə, 6,4 min dollaradək ucuzlaşıb. Bu, İsveçrənin "Bancor" kriptovalyuta platformasının haker hücumuna məruz qalması fonunda baş verib.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 1,33% ucuzlaşaraq 6,48 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar da ucuzlaşıb. Belə ki, "Ethereum" 6,71% və ya 435,4 dollaradək ucuzlaşıb, "Ripple" 4,21% (0,447 dollara qədər), "Bitcoin Cash" 4,7% (693,94 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 250,66 milyard dollar təşkil edir və bunun 44 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti