...

İnnovasiya müsabiqəsinə 50-yə yaxın layihə təqdim edilib

İqtisadiyyat Materials 11 İyul 2018 18:03 (UTC +04:00)
İnnovasiya müsabiqəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
İnnovasiya müsabiqəsinə 50-yə yaxın layihə təqdim edilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə birgə ikinci respublika innovasiya müsabiqəsi elan edib.

Trend-in məlumatına görə, ikinci respublika innovasiya müsabiqəsi barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinın müəllim və tələbələri, Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək texnologiyalar parkı” MMC-nin tədqiqatçıları, ASAN könüllüləri üçün maarifləndirmə tədbirləri keçirilib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər layihələrini 2018-ci ilin 20 sentyabr tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” (www.ideyabanki.com) platforması vasitəsilə təqdim etməlidirlər.

İndiyədək müsabiqəyə 50-yə yaxın layihə təqdim edilib.

İnnovasiya layihələrinın qəbulu davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti