...

"PAŞA Bank" kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını asanlaşdırır (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 17 İyul 2018 15:31 (UTC +04:00)
"PAŞA Bank" kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını asanlaşdırır
"PAŞA Bank" kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını asanlaşdırır (MÜSAHİBƏ)

Bakı. Trend:

PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun Trend-ə müsahibəsi

- "PAŞA Bank"ın təqdim etdiyi faktorinq məhsulu nə üçün nəzərdə tutulub və bu məhsul ilə bağlı hansı planlar var?

- PAŞA Bank 2016-cı ildən etibarən faktorinq məhsulunu təqdim edir. Lakin, öncə bu məhsul korporativ bizneslər üçün maliyyələşmə və ya debitor borclarının ödənilməsini nəzərdə tutan klassik faktorinq məhsulu idi. 2018-2020-ci illərə dair yeni inkişaf strategiyamızda isə kiçik və orta sahibkarlıq üzrə fəaliyyətimizin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Biz faktorinq alətini, digər məhsulları və onların bir neçə modifikasiyanı özündə əks etdirən təchizat zəncirinin maliyyələşdirilməsi (Supply Chain Finance) məhsulunu aktiv inkişaf etdirmək niyyətindəyik. Bu faktorinq alətinə təkcə maliyyələşmə cəlb edən müştəri deyil, həmçinin tədarükçüdən məhsul əldə edən alıcı arasında qarşılıqlı əlaqənin təmin edilməsi daxildir.

Faktorinq xidmətindən istifadə sayəsində Təchizatçı satdığı məhsul və göstərdiyi xidmətlər üçün hesab faktura üzrə ödənişi Bankdan tez bir zamanda alır, Alıcı isə məhsul və xidmətin haqqını razılaşdırılmış vaxtda Banka ödəyir. Beləliklə, həm Təchizatçı, həm də Alıcı dövriyyə kapitalını lazımi səviyyədə saxlayır və gündəlik biznesini maliyyə çətinliyi çəkmədən davam etdirir. Burada tədarükçü, alıcı və bank təchizat zəncirinin maliyyələşdirilməsindən istifadə ilə üçtərəfli fayda əldə edir. Bu yeni xidmətlər toplusu bütün dünyada kifayət qədər məşhur olan və son zamanlar geniş istifadə edilən bir konsepsiyadır. Meyllər göstərir ki, yaxın 3-5 ildə bu konsepsiya aktiv olaraq inkişaf edəcək.

- Təchizat zəncirinin maliyyələşdirilməsinin əsas mahiyyəti nədən ibarətdir?

- Bu xidmətlər toplusunun əsas mahiyyəti ondan ibarətdir ki, əməliyyat kapitalının idarə edilməsini təmin edir. Əməliyyat kapitalının idarə edilməsi alıcı və təchizatçı tərəfindən pul axınlarının effektiv idarə edilməsi deməkdir. Bu məhsul nağd pulun konvertasiya itkisini azaldır. Bu, şirkətin sırf əməliyyat prosesidir. Başqa sözlə, tədarükçü və iri korporativ müştəri maliyyələşdirmə üçün müraciət edir. Onun debitor borcları var, yəni satışdan alınan pullar 30-60 gün ərzində çatmalıdır.

Bizə hesab-fakturanın təqdim olunması və ya müqavilə əsasında müştərimiz maliyyələşir, bununla da öz debitor borclarını azaldaraq əməliyyat kapitalının idarə edilməsi vasitəsi ilə kapitalını daha tez istifadə edir. Alıcı isə kreditor borclarını ödəmək imkanı əldə edir. Başqa sözlə, o, məhsula görə daha tez ödənişin edilməsi üçün məhdud imkanlarla üzləşmir, tərəflər bu məsələni PAŞA Bank vasitəsi ilə qısa zamanda həll edirlər.

Düzdür, müvafiq olaraq biz uzunmüddətli kredit şərtləri təklif edə bilərik. Lakin burada müştərinin maliyyə vəziyyətinin qiymətləndirilməsi prosesi iki həftədən bir aya kimi çəkə bilər. Müştəridən çoxlu sənəd, informasiya tələb olunur.

Lakin təchizat zəncirinin maliyyləşdirilməsi məhsulu vasitəsilə biz müştərilərimizə daha tez qərar qəbul etmək üçün rahat proses təklif edirik.

Biz təchizatçı ilə alıcı arasında olan mövcud tranzaksiyaya nəzər salırıq, limitləri və maliyyə vəziyyətini tam müəyyənləşdiririk. Müvafiq olaraq, 3-5 gün ərzində limiti təyin edirik. Sonra isə sadə mexanizm baş verir. Yəni, müştəri banka lazım olan sənədləri təqdim edərək maliyyə vəsaitini qısa zamanda əldə edir. Bu vəsaitin alıcı tərəfindən ödənilməsi isə 30-60 gün arası davam edir. Yəni, biz sadəcə alıcı və təchizatçı arasında olan qarşılıqlı biznesin inkişaf potensialını qiymətləndiririk və qısa müddət ərzində maliyyələşdirmə üzrə limiti təyin edirik. Bu isə kiçik biznesin əsas problemlərindən biri olan maliyyə resurslarına çıxışların daha da asanlaşdırılması deməkdir.

Xüsusilə qeyd etmək istərdim ki, dünya praktikasında və bizdə təchizat zəncirinin maliyyələşdirilməsi rəqəmsal məhsul kimi istifadə olunur. 2018-2020-ci illərin strategiyasında əsas hədəflərimiz rəqəmsallaşma ilə bağlıdır. Buna görə də biz öz məhsullarımızı rəqəmsal formata gətirərək, müştərilərimizin iş şəraitini, əməkdaşlıq şərtlərini daha da asanlaşdırmaq niyyətindəyik. Strateji dövrün ilk ilinin sonuna kimi ilk rəqəmsal formatlı məhsulumuzu buraxmağı planlaşdırırıq. Qarşımızda duran əsas məsələ kiçik və orta biznes nümayəndələri arasında təchizat zəncirinin maliyyələşdirilməsi” məhsulu haqqında məlumatlılığı artırmaqdır. Kiçik və orta sahibkarlıq nümayəndələri ilə keçirilən görüşlərdə bu məhsul haqqında əhatəli məlumatları təqdim edirik, həmçinin hədəf auditoriyanın təklif və şərhləri nəzərə alınaraq məhsul daha da təkmilləşdirirlir.

- Təchizat zəncirinin maliyyələşdirilməsi kimlər üçün münasibdir?

- Bu xidmətlər toplusu kiçik və orta bizneslə məşğul olan sahibkarlar üçün münasibdir, çünki, ucuz maliyyələşdirmə tez başa gəlir və ən əsası fiziki girov tələb etmir.

Təchizat zəncirinin maliyyələşdirilməsi əsasən xidmət, neft-qaz, inşaat, telekommunikasiya və başqa sahələrdə daha aktiv olaraq tətbiq olunur.

İndi bir qayda olaraq əməliyyat kapitalının qısamüddətli maliyyələşdirilməsi 17-18% təşkil edir. Bizim 2 növ komissiyamız mövcuddur. Birincisi, pul limitinin müəyyən olunması və illik istifadə üçün faiz dərəcəsidir. Biz sənədlərin emalı üçün ödəniş almırıq. Müştəri üçün kreditin ona neçəyə başa gəlməsini hesablamaq daha çətindir. Ona görə biz sadə mexanizm təqdim etmişik. Limit təyin olunur sonra isə müştəri pulların istifadəsi üçün 13%-17%-lik illik faiz manatla ödəyir. Təchizat zəncirinin maliyyələşdirilməsində xidmətlər 90-120 gün arasında icra olunur.

- PAŞA Bankın müştərilərdən tələbləri nədən ibarətdir?

- Həmişə olduğu kimi, müştəridən əsas tələbimiz onun şəffaf fəaliyyət göstərməsi, seqmentdə iş təcrübəsi və əməkdaşlıq tarixçəsi ilə bağlıdır. Əminəm ki, bu xidmət toplusu kiçik və orta sahibkarlar üçün alternativ sərfəli maliyyə mənbəsi olacaq və PAŞA Bank və müştərilərimiz arasında daha effektiv tərəfdaşlıq qurmağa təkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti