...

Heyvan xəstəliklərinə qarşı profilaktik peyvəndləmə prosesi davam edir (FOTO)

İqtisadiyyat Materials 24 İyul 2018 00:10 (UTC +04:00)
Heyvan xəstəliklərinə qarşı profilaktik peyvəndləmə prosesi davam edir
Heyvan xəstəliklərinə qarşı profilaktik peyvəndləmə prosesi davam edir (FOTO)

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev Ağsu və Göyçay rayonlarına səfər edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd heyvan xəstəliklərinə qarşı aparılan profilaktiki peyvəndləmə və şəffaflığın təmin edilməsi proseslərinə nəzarət etmək olub.

B.Rzayev baytarlıq idarələrinin diaqnostik kabinetlərinə, soyuducu kameralarına və digər inzibati bölmələrinə baxış keçirib, idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə yaxından tanış olub. O, fermerlərin müraciətlərinin idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini qeyd edib.

Səfər çərçivəsində keçirilən görüşlərdə B. Rzayev heyvanların sağlamlıq vəziyyətinə dair aparılan baytarlıq tədbirlərinin keyfiyyəti, ölkənin epizootik sabitliyinin qorunması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yeni innovasiyaların tətbiqi, müasir heyvandarlıq komplekslərinin yaradılması və genişləndirilməsi barədə danışıb. O bildirib ki, bölgələrə səfərin əsas məqsədlərindən biri də baytarlıq idarələri tərəfindən aparılan müalicə-profilaktika və dezinfeksiya tədbirləri ilə yerində tanış olmaq, dövlət tərəfindən heyvanlar üçün verilən peyvənd vasitələrinin "soyuq zəncir" prinsipinə uyğun yerlərə çatdırılaraq şəffaf formada tətbiqinə nəzarət etmək, eləcə də yerlərdə çalışan baytarlıq mütəxəssislərinin iş şəraiti, təminatı və təhsil səviyyələri ilə yaxından tanış olmaqdır.

Görüşlərdə Xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların işlə təminatı məsələləri müzakirə olunub, əməkdaşların istək və arzuları dinlənilib. Həmçinin respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barəsində baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti