...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq

İqtisadiyyat Materials 24 İyul 2018 09:20 (UTC +04:00)
“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq.
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq

Bakı. İlhamə İsabalayeva- Trend:

“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq.

Trend-in məlumatına görə, bununla əlaqədar baş nazir Novruz Məmmədov qərar verib.

Qərara əsasən, “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 19 fevral tarixli sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınsın.

Bu qərarla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb ki, alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılsın.

Yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununun tələblərinə uyğun həyata keçirilməsi təmin edilsin. Bununla yanaşı, agentlik yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Maliyyə Nazirliyi “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən torpaqların dövlət
ehtiyacları üçün alınmasının maliyyələşdirilməsini təmin etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti