...

Əmək pensiyalarının orta aylıq məbləği 5,2 faiz artıb

İqtisadiyyat Materials 26 İyul 2018 17:54 (UTC +04:00)
2018-cı il 1 iyul tarixinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 311 min 739 nəfər təşkil edir
Əmək pensiyalarının orta aylıq məbləği 5,2 faiz artıb

Bakı. Trend:

2018-ci ilin əvvəlinə nisbətən əmək pensiyalarının orta aylıq məbləği cari ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 2018-cı il 1 iyul tarixinə 219,15 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 246,36 manata çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ilin əvvəlindən əmək pensiyalarının ümumi məbləği 2017-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılıb. Sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilərək artırılması təmin edilib.

Hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların əmək pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanmaqla, onların pensiyalarında da artımlar edilib.

Qeyd edək ki, 2018-cı il 1 iyul tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 311 min 739 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti