...

Hesab.az-dan təşəkkür VİDEOsu

İqtisadiyyat Materials 31 İyul 2018 12:00 (UTC +04:00)
Bu yaxınlarda 7 yaşını qeyd edən Hesab.az bu dövrlər ərzində onlayn bazarda öz liderliyini qoruyub, bu sahədə daim yeniliklər etməyə davam edir.
Hesab.az-dan təşəkkür VİDEOsu

Bakı. Trend:

Bu yaxınlarda 7 yaşını qeyd edən Hesab.az bu dövrlər ərzində onlayn bazarda öz liderliyini qoruyub, bu sahədə daim yeniliklər etməyə davam edir.

Fəaliyyət prinsipi olaraq keyfiyyətli, sürətli və təhlükəsiz xidmət göstərməyi əsas tutan Hesab.az komandası yaxın zamanda yenilənmiş veb saytını və mobil tətbiqini istifadəyə verməyə hazırlaşır. Təqdim olunacaq yenilənmiş Hesab.az-da mövcud versiyada olan funksiyaları daha da təkmilləşmiş, eyni zamanda yeni funksiyalar əlavə olunmuş olacaq. Yorulmadan çalışan peşəkar komandanın əsas hədəfi istifadəçilərin rəğbətini qazanmaqla onların nəzərdə tutduqları gözləntiləri qarşılamaqdır.

Etibarlı əməliyyatlardan əlavə, şirkət hər bir istifadəçiyə kömək etməyə hazır olan, operativ və məsuliyyətli işçilər qrupu ilə tanınır. Əsas olaraq onu da qeyd etmək istərdik ki, informasiya təhlükəsizliyi məlumatları qorumaq üçün mövcud olan müasir vasitələrlə təmin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti