...

Bitkoin ucuzlaşdı

İqtisadiyyat Materials 22 Avqust 2018 00:00 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşıb.
Bitkoin ucuzlaşdı

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşıb.

Trend-in məlumatına görə, bitkoin 6,3 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 2,38% azalaraq 6,34 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də ucuzlaşıb. Belə ki, "Ethereum" 7,58% və ya 278,14 dollaradək, "Ripple" 4,74% (0,3275 dollara qədər), "Bitcoin Cash" isə 7,78% (522,24 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 52,7% faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti