...

"Toyota" 1 milyondan çox avtomobili geri çağırıb

İqtisadiyyat Materials 5 Sentyabr 2018 11:56 (UTC +04:00)
Yaponiyanın "Toyota" şirkəti 1 milyondan çox avtomobili geri çağırıb
"Toyota" 1 milyondan çox avtomobili geri çağırıb

Bakı. Trend:

Yaponiyanın "Toyota" şirkəti 1 milyondan çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərdə mühərrik naqillərinin tüstülənməsi və mümkün yanğın riskləri ilə bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, 1,03 milyon avtomobil, o cümlədən Yaponiyada 554 min, ABŞ-da 192 min "Prius" və C-HR modelləri geri çağırılır.

Geri çağırılma bu ilin may ayınadək istehsal olunan avtomobillərə şamil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti