...

Bitkoin 12 faizdən çox ucuzlaşdı

İqtisadiyyat Materials 7 Sentyabr 2018 01:09 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoin kəskin ucuzlaşıb
Bitkoin 12 faizdən çox ucuzlaşdı

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoin kəskin ucuzlaşıb.

Trend-in məlumatına görə, bitkoin 6,4 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 12,43% azalaraq 6,45 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də ucuzlaşıb. Belə ki, "Ethereum" 20% və ya 226,2 dollaradək, "Ripple" 14% (0,29 dollara qədər), "Bitcoin Cash" isə 20% (504,05 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 203 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti