Bakı. Trend:
ABŞ-ın fəaliyyəti və bəyanatları ticarət müharibəsinin eskalasiyasına gətirib çıxarıb və beynəlxalq çoxtərəfli və azad ticarət sistemi prinsiplərini təhdid altında qoyacaq.
Trend-in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Dövlət Şurasının bəyanatında deyilir.
Qeyd olunur ki, Birləşmiş Ştatların bu fəaliyyəti iki ölkənin ticari-iqtisadi münasibətlərinin ciddi ziyan vurub.
Xatırladaq ki, ABŞ Çindən malların idxalına görə tarifləri yanvarın 1-dən 25 faiz artıracaq.