...

Cavid Qurbanov: Bakı-Yalama dəmir yolunun rekonstruksiyası işlərini 2019-cu ildə başlamaq planlaşdırılır

İqtisadiyyat Materials 27 Sentyabr 2018 13:10 (UTC +04:00)
Bakı-Yalama dəmir yolunun rekonstruksiyası işlərini 2019-cu ildə başlamaq planlaşdırılır
Cavid Qurbanov: Bakı-Yalama dəmir yolunun rekonstruksiyası işlərini 2019-cu ildə başlamaq planlaşdırılır

Bakı. İlkin Şəfiyev - Trend:

Bakı-Yalama dəmir yolunun rekonstruksiyası işlərini 2019-cu ildə başlamaq planlaşdırılır.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, tender sənədləri yaxın zamanlarda imzalanacaq:

“Dəmir yolunun uzunluğu 200 kilometrdir. Bundan başqa, uzunluğu 313 kilometr uzunluğu olan Bakı-Astara dəmir yolunun sahil bölgəsində yerləşən hissəsinin köçürülməsi üzrə işlər aparılır”.

C.Qurbanov əlavə edib ki, saatda 159 kilometr sürətlə hərəkət edən Gürcüstan qatarının test yürüşü keçirilib. Bakı-Gəncə elektrik qatarının buraxılışı üzrə işlər davam etdilir:

“İşləri bu ilin sonunadək başa çatdırmaq planlaşdırılır. Təxminən 10-15 gün sonra bu marşrut üzrə hərəkət edən qatarların nümayişini təşkil etməyi planlaşdırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti