...

Siz hansı suyu içirsiniz?

İqtisadiyyat Materials 2 Oktyabr 2018 14:19 (UTC +04:00)
Azərbaycan su bazarında qabaqcıl şırkətlərdən biri olan – “TAC” əhalini daha keyfiyyətli su ilə təmin etmək üçün yaradılıb.
Siz hansı suyu içirsiniz?

Bakı. Trend:

Adətən yay fəslində çoxlu su içirik. Təbii ki, istidir və orqanizm çoxlu miqdarda su tələb edir. Biz nə edirik? Mağazaya yollanırıq və diqqətlə nəzər yetirmədən rəflərdə olan istənilən su şüşəsini alırıq. Bizə elə gələ bilər ki, içməli suda təhlükəli nə ola bilər?! Bir çoxları əmindir ki, içməli sudan sağlamlığa heç bir zərər gələ biməz. Amma bu, göründüyü qədər sadə və asan deyil.

İlk baxışdan, su şüşələrinin istehsalı sadə bir proses kimi görünə bilər – istehsalçı suyu çıxarır və konteynerlərə tökür. Yalnız burda bəzi faktorları bilmək çox vacibdir. Məsələn, bu suyun mənbəyi hardan gəlir və hansı üsülla onu istifadə ediləcək vəziyyətə gətirirlər?

Su istehsalının müxtəlif üsülları var. Onlardan biri – suyun tamamilə, sıfır dərəcəsində təmizlənməsi və sonra süni üsülla minerallaşdırılmasıdır. Müasir su təmizləmə texnologiyaları, əsasən “əks osmos” üsulu, demək olar ki, steril su almağa imkan verir. Ancaq tam təmiz su da, sağlamlıq üçün çox faydalı deyil. Təəsüf ki, distillə edilmə xüsusiyyətlərinə yaxınlaşaraq, su bu vəziyyətdə həm zərərli, həm də faydalı maddələrdən məhrum olur.

Suların hardan əldə ediməsi əhəmiyyət daşımır - istər yeraltı su qaynaqlarindan, istərsə də su borularından; bu sular istifadə üçün faydalı deyil. Belə su iki mərhələdə istehsal olunur: ilk növbədə, su borularından gələn suyu təmizləyərək distillə edimiş su vəziyyətinə gətirilir, sonra tərkibi kimyəvi qida maddələrindən ibarət olan minerallar tətbiq olunur.

Süni minerallar əlavə edilmədən, daha təbii və az emal edilmiş suyu seçmək daha yaxşıdır. Təbii üsulla, minimum müdaxilə olunan və təbii su mənbəyindən əldə edilən suyu!

Tam təbii mineral suları tərkibi, alındığı təbii mənbədə olduğu kimidir. Tərkibində daha çox və ya az duz ola bilər, amma həkim məsləhəti ilə bu suyu süfrə suyu və ya müalicəvi su kimi də içmək olar. Yalniz bu tam təbii su olmalıdır!

Azərbaycan su bazarında qabaqcıl şırkətlərdən biri olan – “TAC” əhalini daha keyfiyyətli su ilə təmin etmək üçün yaradılıb. Şirkətin əsas şüarı: “Keyfiyyətli su - keyfiyyətli həyat”dır. Şirkətin üstünlüyü istehlakçını təbii və yüksək keyfiyyətli “canlı” su ilə təmin etməkdir. Tam bu səbəbdən, “TAC” şirkətinin aparıcı məhsulu olan Aquavita-nın istehsalı prosesində, prinsipial olaraq “əks osomos” qurğusundan istifadə edilmir.

Təbii su olan Aquavita gündəlik istifadə üçün nəzərdə tutulub. Bu su Bakı şəhərindən 200 kilometr uzaqlıqda olan, Xaçmaz rayonunun, ekoloji cəhətdən təmiz meşəsi olan kənd massivi Susayqışlaqda yerləşən artezian quyularının 420 metr dərinliyindən çıxarılır.

Su ən qədim süxürların qatlarından keçərək, zəif mineralizasiya edilib əlavə faydalı xüsusiyyətlərlə zənginləşdirilir. Zavoda təbiətin bəxş etdiyi təbii mineralların qorunmasını təmin edən xüsusi yük tankerlərində çatdırılır. Şüşələnmədən əvvəl su tərkibini dəyişmədən incə və qalın təmizləmə filtrlərindən keçir və UV şüalarından dezinfeksiya edilir.

Aquavita suyu bütün mineral kompleks tərkibini dəyişmədən, təbiiliyini qoruyub saxlayaraq heç bir distillə mərhələsini keçmir.

Su sağlamlığımız üçün çox vacib həyati rol oynayır. İndiki mövcud olan ekoloji vəziyyətdə insan orqanizminin təbii və təmiz mineral suya ehtiyacı var. Buna görə də, hansı suyu içdiyinizi düşünün - təbii mineral tərkibli “canlı” su və ya qida əlavləri ilə “süni” distilləşdirilmiş su! Əbəs yerə demirik ki, hər şeydən vacib sağlamlıqdır, qalan her şey ikinci dərəcəli!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti