...

İtaliyalı siyasətçi: TAP Azərbaycanın iqtisadiyyatını və Avropanın enerji təhlükəsizliyini gücləndirəcək

İqtisadiyyat Materials 5 Oktyabr 2018 11:47 (UTC +04:00)
Xəzər regionundan enerji ehtiyatlarının Avropa bazarlarına Transadriatik boru kəmərinin (TAP) reallaşdırılması hesabına fasiləsiz ixracı Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək, eləcə də Azərbaycanın iqtisadiyyatını daha da gücləndirəcək
İtaliyalı siyasətçi: TAP Azərbaycanın iqtisadiyyatını və Avropanın enerji təhlükəsizliyini gücləndirəcək

Bakı. Mətanət Nəsibova - Trend:

Xəzər regionundan enerji ehtiyatlarının Avropa bazarlarına Transadriatik boru kəmərinin (TAP) reallaşdırılması hesabına fasiləsiz ixracı Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək, eləcə də Azərbaycanın iqtisadiyyatını daha da gücləndirəcək.

Bunu Trend-ə italiyalı siyasətçi və ictimai xadim Culyetto Kyeza deyib.

Onun sözlərinə görə, “Şahdəniz” yatağından təbii qaz tədarüklərinin həcmi Azərbaycanın ixracat coğrafiyasını artıracaq:

“Hesab edirəm ki, TAP layihəsi uğurla reallaşdırılacaq, çünki bu layihə iqtisadi baxımdan həm ixracatçı, həm də tranzit ölkələri üçün sərfəlidir, eləcə də Avropa ölkələrinin, xüsusilə İtaliyanın maraqlarına cavab verir”.

C.Kyezanın fikrincə, layihənin reallaşdırılmasında müəyyən narahatlıq doğuran yeganə amil ekoloji məsələdir:

“Fikrimcə, ekoloji riskləri nəzərə alaraq, layihənin qiymətləndirilməsi məsələsinə böyük strateji məsuliyyət hissi ilə yanaşmaq lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti