Bakı. Trend:
Xaçmaz rayonunun Hacıəlibəy kəndində 400-dən çox abonent təbii qazla təmin olunacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8 min metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib.
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən həyata keçirilən tikinti işləri qısa müddətdə yekunlaşacaq və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılacaq.
Xaçmaz Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Əlibaba Əliyev bildirib ki, kənddə hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılacaq. Bununla yanaşı, abonentlər qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilirlər.
Xaçmaz rayonda 151 yaşayış məntəqəsindən 111-nin qazlaşdırılması yekunlaşıb.