...

Bu il pambıq tədarükü artıb

İqtisadiyyat Materials 23 Oktyabr 2018 15:57 (UTC +04:00)
Oktyabrın 23-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 158 min 83 ton məhsul təhvil verilib.
Bu il pambıq tədarükü artıb

Bakı. Trend:

Oktyabrın 23-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 158 min 83 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38 min 343 ton çoxdur.

Ən çox pambıq tədarükü Saatlı, Ağcabədi, Bərdə, Beyləqan və Biləsuvar rayonlarında olub. Saatlıda 21 min 184 ton, Ağcabədidə 16 min 836 ton, Bərdədə 16 min 400 ton, Beyləqanda 14 min 597 ton, Biləsuvarda 13 min 583 ton pambıq tədarük olunub.

Oktyabrın 23-dək pambıq tədarükünə dair operativ məlumat

Məqalədə:
Xəbər lenti

Xəbər lenti