...

“AzerGold” QSC “Caspian Ecology 2018” sərgisində iştirak edib (FOTO)

İqtisadiyyat Materials 15 Noyabr 2018 11:20 (UTC +04:00)
“AzerGold” QSC 14-16 noyabr tarixlərində keçirilən 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisində iştirak edib.
“AzerGold” QSC “Caspian Ecology 2018” sərgisində iştirak edib (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC 14-16 noyabr tarixlərində keçirilən 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisində iştirak edib.

QSC-dən Trend-ə verilən məlumata görə, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionu üçün mühüm olan bu tədbirə qatılaraq cəmiyyət qısa müddət ərzində əldə edilən uğurları ilə ictimaiyyətlə bölüşüb. Həmçinin, cəmiyyətin əsas dəyərlərindən biri olan ekoloji siyasət və korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən ekoloji tədbirlər və sosial layihələr haqqında geniş məlumat verilib.

Sərginin qonaq və iştirakçıları cəmiyyət tərəfindən tərtib edilən monitorinq proqramı çərçivəsində hasilat və mədən sahələrində həyata keçirilən ekoloji tədbirlər, istehsalat prosesinin formalaşdırdığı bütün növ tullantıların qanuna müvafiq şəkildə idarə olunması, istehsalat sahəsi və ətraf ərazilərdə mütəmadi olaraq keçirilən yaşıllaşdırma və iməclik tədbirləri, çovdar filiz emalı sahəsi yaxınlığında yerləşən qəsəbələrdə həyata keçirilən sosial layihələr və əhaliyə dəstək kampaniyaları haqqında ətraflı məlumat əldə ediblər. Bununla yanaşı, “AzerGold” QSC-nin mütəxəssisləri sərginin digər iştirakçıları ilə keçirilən ikitərəfli görüşlərdə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, təbii resursların səmərəli istifadə edilməsi kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil edilən və IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənən sərgidə bu il müxtəlif yerli qurum və təşkilatlarla yanaşı, Almaniyanı, Böyük Britaniyanı, Türkiyəni, Ukraynanı və digər ölkələri təmsil edən şirkətlər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti