...

PAŞA Bank yeni valyuta mübadilə şöbəsini istismara verib

İqtisadiyyat Materials 16 Noyabr 2018 12:15 (UTC +04:00)
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank paytaxtın mərkəzində yeni “28 may” valyuta mübadilə şöbəsini müştərilərin istifadəsinə verib.
PAŞA Bank yeni valyuta mübadilə şöbəsini istismara verib

Bakı. Trend:

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank paytaxtın mərkəzində yeni “28 may” valyuta mübadilə şöbəsini müştərilərin istifadəsinə verib. 28 may küçəsi 46 ünvanında yerləşən şöbə bazar ertəsindən cümə gününədək, saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, son zamanlarda ölkəyə turist axınının artmasını nəzərə alaraq və onların maneəsiz valyuta mübadiləsi xidmətlərindən bəhrələnməsinə töhfə vermək məqsədilə PAŞA Bank artıq iki yeni bu tip xidmət göstərən şöbə açıb. İlk valyuta mübadilə şöbəsi 2017-ci ilin avqust ayında “Bulvar Otel Bakı” ərazisində istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti