...

Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır

İqtisadiyyat Materials 21 Noyabr 2018 12:57 (UTC +04:00)
Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir.
Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Bakı. Trend:

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir.

Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.

Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 248 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Yevlax stansiyasının cüt boğazında 5 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti