...

Hesab.az-ın dəstəyi ilə “Emosional Liderlik” təlimi

İqtisadiyyat Materials 28 Noyabr 2018 12:11 (UTC +04:00)
Hesab.az-ın dəstəyi ilə “WoWoman Baku”nun təşkil etdiyi “Emosional Liderlik” təlimi keçirilib.
Hesab.az-ın dəstəyi ilə “Emosional Liderlik” təlimi

Bakı. Trend:

Hesab.az-ın dəstəyi ilə “WoWoman Baku”nun təşkil etdiyi “Emosional Liderlik” təlimi keçirilib.

Emosional Liderlik mövzusun mahiyyətini başa düşmək üçün ilk öncə emosional intellektin nə olduğu haqqında danışıldı. "Emosional intellekt bizə nəyə görə lazımdır? Biz ondan həyatımızın hansı mərhələsində və necə istifadə etməliyik?" kimi suallar təlim ərzində müzakirə olunub.

Deməli, emosinal intellekt bizə istər karyera, istərsə də şəxsi həyatımızda emosiyaların nəzarətdə saxlanılmasına, münaqişələrin idarə edilməsinə, özünə inam, motivasiya, komanda işi kimi peşəkar xüsusiyyətlərin inkişaf etdirilməsinə, empatiya quraraq digərlərinin hiss və düşüncələrinin öyrənilməsinə kömək edir.

Eyni zamanda təlimdə emosional intellekt bacarığının hansı səviyyədə olması, onu inkişaf etdirəcək texnikalar haqqında danışılıb.

Təlimin spikeri Elçin Əzimlidir. Elçin bəy "Azərsun Holdinq" Təlim və tədris şöbəsinin müdiri, Biznes təlimçi, Beynəlxalq Kouç Federasiyası (ICF) tərəfindən akreditasiya edilmiş peşəkar kouçdur.

Təlimin sonunda iştirakçılara Hesab.az və Wowoman tərəfindən sertifikat təqdim olunub.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti