...

"Petronas" Bakı Ali Neft Məktəbinə 2 təqaüd ayırdı

İqtisadiyyat Materials 7 Dekabr 2018 10:34 (UTC +04:00)
Neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən Malayziyanın "Petronas" şirkəti Bakı Ali Neft Məktəbi üçün təqaüd ayırıb.
"Petronas" Bakı Ali Neft Məktəbinə 2 təqaüd ayırdı

Bakı. Trend:

Neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən Malayziyanın "Petronas" şirkəti Bakı Ali Neft Məktəbi üçün təqaüd ayırıb.

Təqaüdün ayrılması şirkətin “Petronas Təhsil Sponsorluq Proqramı” çərçivəsində həyata keçirilir.

“Bu günün öyrənənləri, sabahın liderləri” şüarı altında həyata keçirilən proqram "Petronas" şirkəti tərəfindən keçirilən imtahan və xüsusi müsabiqələrdən uğurla keçən tələbələrə Malayziyada təhsil almaq şansı verir.

Proqram çərçivəsində xüsusi seçilmiş tələbələr Malayziyada Petronas Texniki Universitetində təhsil alacaqlar.

Artıq BANM-ın iki tələbəsi - Proseslərin avtomatlaşdırılması mühəndisliyinin ikinci kurs tələbələri Əli Yusifov və Elnur Şahbalayev Petronas şirkəti tərəfindən seçilərək təhsil almaq üçün Malayziyaya yola düşüblər. Şirkət tələbələrin təhsil haqqı, yataqxana xərclərini ödəyəcək və hər ay ehtiyaclarını ödəmək üçün təqaüdlə təmin edəcək.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbi artıq bir neçə ildir ki Malayziyanın "Petronas" şirkətinin Azərbaycan nümayəndəliyi ilə sıx əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti