...

Kənd təsərrüfatı texnikası yeni qaydalarla satılacaq - Ayın 15-dən

İqtisadiyyat Materials 6 Fevral 2019 12:57 (UTC +04:00)
Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq.
Kənd təsərrüfatı texnikası yeni qaydalarla satılacaq - Ayın 15-dən

Baki. İlhamə İsabalayeva – Trend:

Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər.

Texnikanın gömrük dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək.

Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək.

Kredit faizlərini fermer deyil, dövlət ödəyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti