...

"Unibank" depozit kampaniyasının müddətini daha 2 ay uzatdı

İqtisadiyyat Materials 8 Fevral 2019 13:12 (UTC +04:00)
Hər kəs öz pulunu banka daha yüksək faizlə yerləşdirsin deyə, "Unibank" depozit kampaniyasının müddətini daha iki ay uzatdı.
"Unibank" depozit kampaniyasının müddətini daha 2 ay uzatdı

Bakı. Trend:

Hər kəs öz pulunu banka daha yüksək faizlə yerləşdirsin deyə, "Unibank" depozit kampaniyasının müddətini daha iki ay uzatdı. Kampaniya müddətində qoyulan depozitlərlərə, "Unibank" əlavə 3% hədiyyə edir. Martın sonunadək davam edən kampaniyada öz manat vəsaitlərinizi çox yüksək faizlə banka etibar edə bilərsiniz. Aksiya çərçivəsində “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 13%-ə, “Yığım” depozitinin faiz dərəcəsi isə illik 11%-ə yüksəlib.

Əgər faizləri depozit hesabı açan gün götürmək istəyirsinizsə, bankın manat valyutasında “Faizlər əvvəlcədən” adlı əmanət növündən istifadə edə bilərsiniz. Əmanətin illik faiz dərəcəsi 9%-dir.

Unibank-da əmanət hesabı açmaqla, hansı üstünlükləri qazanırsınız?

- Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;

- Bazarda çox sərfəli depozit faizləri əldə edirsiniz (maksimum 13%-dək);

- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;

- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.

Vəsaitinizi qorumağın və artırmağın ən yaxşı, təhlükəsiz və gəlirli üsulu depozit hesabı açmaqdır. Unibank-ın depozit kampaniyasında iştirak edərək, özünüzün və övladlarınızın gələcəyini indidən təmin edin!

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 15% təşkil edir və Unibank-a yerləşdirilən bütün əmanətlər sığortalanır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (https://www.unibank.az/az/deposits/index) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) və Unibank-ın filiallarından əldə etmək olar.

"Unibank" - hər kəsin bankı!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti