...

BP Azərbaycan şirkəti AzMİU-da seminar keçirib (FOTO)

İqtisadiyyat Materials 12 Mart 2019 12:16 (UTC +04:00)
BP Azərbaycan şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tikinti-iqtisad fakültəsinin tələbələri üçün “BP Azərbaycan şirkətinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda seminar keçirib.
BP Azərbaycan şirkəti AzMİU-da seminar keçirib (FOTO)

Bakı. Trend:

BP Azərbaycan şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tikinti-iqtisad fakültəsinin tələbələri üçün “BP Azərbaycan şirkətinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda seminar keçirib.

AzMİU-nun Sənayenin təşkili və idarə edilməsi kafedrasının və BP Azərbaycan şirkətinin birgə təşkil etdiyi seminardan öncə AzMİU-nun rektoru, professor Gülçöhə Məmmədova BP Azərbaycan şirkətinin nümayəndələrini qəbul edib. İşgüzar şəraitdə keçirilən görüşdə şirkət və universitet arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Görüşdə universitetin Strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova, Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri Ruhəngiz Əliyeva da iştirak edib.

Görüşdən sonra keçirilən seminarda BP Azərbaycan şirkətinin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, şirkət və kafedra əməkdaşları, tələbələri iştirak ediblər.

Seminarda BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli “BP Azərbaycan şirkətinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda mühazirəsi dinlənilib. Vitse-prezident ümumilikdə şirkətin Azərbaycanda fəaliyyətə başladığı müddətdən bugünədək əməliyyatçısı olduğu dünya səviyyəli böyük layihələrdən söhbət açıb. Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılmasında əhəmiyyətli rol oynayan Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK)) layihələrinin ölkə iqtisadiyyatına gətirdiyi faydalardan danışıb.

Fəal diskussiya şəraitində keçən seminarın sonunda vitse-prezident tələbələrin çoxsaylı suallarını cavablandırıb, həmçinin mövzu ətrafında fikir mübadiləsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti