...

AZAL-ın saytında bəzi funksiyalar işləməyəcək

İqtisadiyyat Materials 5 Fevral 2020 11:34 (UTC +04:00)
Azərbacyan Hava Yollarının (AZAL) saytında bəzi funksiyalar işləməyəcək.
AZAL-ın saytında bəzi funksiyalar işləməyəcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbacyan Hava Yollarının (AZAL) saytında bəzi funksiyalar işləməyəcək.

Bu barədə Trend-ə Azərbacyan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətidən bildiriblər. Qeyd olunub ki, resurslarının yeni platformaya köçürülməsi ilə əlaqədar rəsmi www.azal.az veb-saytının bəzi funksiyaları fevralın 5-dən (20:00, Bakı vaxtı) etibarən müvəqqəti olaraq işləməyəcək:

"Sayt və mobil əlavəmizdə işlər görüldüyü müddət ərzində aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması səhifəsi işləməyəcək. Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür".

Bildirilib ki, əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə [email protected] elektron poçt ünvanı, saytdakı əks əlaqə forması və yaxud WhatsApp: +994 12 437 40 82 vasitəsilə müraciət etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti