...

Güclü külək Bakıda qaz xəttini zədələyib (FOTO)

İqtisadiyyat Materials 7 Fevral 2020 09:40 (UTC +04:00)
Fevralın 6-da gecə saatlarında əsən güclü külək Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivində vətəndaşa məxsus hasarı aşırıb.
Güclü külək Bakıda qaz xəttini zədələyib (FOTO)

Bakı. Trend:

Fevralın 6-da gecə saatlarında əsən güclü külək Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivində vətəndaşa məxsus hasarı aşırıb.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu zaman ərazidən keçən 100 mm diametrində olan qaz xəttinin 13 metrlik hissəsi də hasarın altında qalaraq zədələnib. Bir ədəd qaz sayğacının giriş hissəsi yararsız hala düşüb.

“Azəriqaz” İstehsalat Birliyinin qəza xidmətinin əməkdaşlarının səyi nəticəsində qaz sızmasının qarşısı alınıb. Hasarı uçan sakindən başqa digər abonentlərin qaz təchizatında hər hansı məhdudiyyət yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti