...

Türkiyə müdafiə sənayesi məhsullarının ixracını artırıb

İqtisadiyyat Materials 9 Mart 2020 09:11 (UTC +04:00)
Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,2 faizini təşkil edib
Türkiyə müdafiə sənayesi məhsullarının ixracını artırıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 348,697 milyon dollara bərabər olub.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,2 faizini təşkil edib.

Fevral ayında Türkiyə 181,761 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2019-cu ilin fevralı ilə müqayisədə 15,3 faiz çoxdur.

Son 12 ay ərzində (fevral 2019 – fevral 2020) Türkiyə 2,757 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti