...

Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir

Telekommunikasiya Materials 3 Mart 2021 11:42 (UTC +04:00)
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir

Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:

2021-ci ildə "MasterCard" Azərbaycanda QR ödənişləri inkişaf etdirəcək.

Trend-in məlumatına görə, bunu şirkətin Azərbaycandakı nümayəndəsi Erdem Çakar onlayn tədbir zamanı deyib.

Onun sözlərinə görə, mobil qurğular və müvafiq tətbiqlərlə müştərilər mağazalarda POS-terminallar vasitəsilə ödəniş edə bilər:

"Biz, həmçinin ölkədə mobil qurğular vasitəsilə ödənişlərin inkişafı üzərində işləyirik. Bu gün "MasterCard"la mobil qurğu vasitəsilə "Kapital Bank" müştəriləri ödəniş edə bilir. Əminəm ki, bu layihəyə digər banklar da qoşulacaq".

E.Çakar əlavə edib ki, şirkət yaxın zamanlarda Bakı metrosunda "MasterCard" vasitəsilə ödəniş layihəsini reallaşdırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti