...

Azərbaycandan Macarıstana qaz kəmərinin tikintisi üçün SOCAR-la danışıqlara başlanıb - Nazir

İqtisadiyyat Materials 10 Mart 2021 13:20 (UTC +04:00)
Azərbaycandan Macarıstana qaz kəmərinin tikintisi üçün SOCAR-la danışıqlara başlanıb - Nazir

Bakı. Elçin Mehdiyev - Trend:

Biz Azərbaycandan əhəmiyyətli dərəcədə qaz ala bilərik. Trend-in məlumatına görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu onilliyin ortalarında Macarıstan Azərbaycandan qaz almağa başlayacaq.

O qeyd edub ki, 2020-ci ilin sonunda yeni reallıq ortaya çıxdı, Cənubi Qaz Dəhlizi istifadəyə verildi.

P.Siyarto deyib ki, bu ilin sonunda Macarıstan Cənub Qaz Dəhlizinə birləşəcək: “Macarıstan qaz boru xətləri Serbiya qaz kəmərləri ilə birləşəcək. Macarıstanın Cənub Qaz Dəhlizindən qaz alması vacibdir. Azərbaycan qaz istehsalını artıra da bilər. Bunun nəticəsində biz əhəmiyyətli miqdarda qaz ala və 2023-2024-cü illərdə Azərbaycan qazından böyük miqdarda istifadə edə bilərik. Hətta SOCAR-la danışıqlar da başlanıb ki, lazımi kəmərlər tikilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti