...

Azərbaycanda mineral su ehtiyatlarından tam istifadə olunmur - Tədqiqat

İqtisadiyyat Materials 13 Mart 2021 09:21 (UTC +04:00)
Azərbaycanda mineral su ehtiyatlarından tam istifadə olunmur - Tədqiqat

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbacanda olan mineral suların analoqları bir çox ölkələrdə var. Onlar bu mineral sulardan müalicə-sağlamlıq məqsədilə geniş istifadə edirlər. Azərbaycanda isə balneoloji ehtiyatlardan tam istifadə olunmur.

Trend-in məlumatına görə, bu, Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Azərbaycanda müalicə-sağlamlıq məqsədilə aparılan araşdırma nəticəsində məlum olub.

Qeyd edilib ki, dünyada qəbul olunan səkkiz qrup mineral suyun demək olar ki, hamısına ölkəmizin ərazisində rast gəlindiyi məlum olub.

Karbonlu mineral sular bütün ölkədə tədqiq olunmuş müalicəvi su mənbələrinin 35%-dən çoxunu əhatə edir. Ölkəmizdə karbonlu mineral sular ancaq Kiçik Qafqaz və Naxçıvan MR ərazisində yayılıb. Belə sulara misal olaraq məşhur Nəhacir (Ordubad), Badamlı (Babək), Turşsu (Şuşa), Qızılca (Gədəbəy), Darıdağ (Culfa), İstisu (Kəlbəcər) kimi mineral su mənbələrini göstərmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti