...

Azərbaycan, Türkiyə və Özbəkistan audit sahəsində memorandum imzalamağı planlaşdırır

İqtisadiyyat Materials 5 May 2021 11:25 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Özbəkistan audit sahəsində memorandum imzalamağı planlaşdırır

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan, Türkiyə və Özbəkistan audit sahəsidə memorandum imzalamağı planlaşdırır.

Bu barədə Trend-ə Hesablama Palatasından bildiriblər. Qeyd olunub ki, 4 may 2021-ci il tarixində Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov Türkiyə Respublikası Sayıştay Başkanlığının Prezidenti Seyit Ahmet Baş və Özbəkistan Respublikası Hesablama Palatası Sədrinin birinci müavini Bakhodir Turabovun iştirakı ilə videokonfrans rejimində keçirilmiş üçtərəfli toplantıda iştirak edib.

Toplantıda ECOSAI təşkilatı çərçivəsində və ikitərəfli səviyyədə qurumlar arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, eləcə də kənar dövlət maliyyə nəzarəti fəaliyyətinin gücləndirilməsində əməkdaşlığın zəruriliyi məsələləri müzakirə edilmişdir. Türkiyə Respublikası Sayıştay Başkanlığının Prezidenti Seyit Ahmet Baş ECOSAI təşkilatının gələcək fəaliyyət istiqamətləri, habelə üzv Ali Audit Qurumların (AAQ) fəaliyyətindəki bir sıra məqamlara toxunaraq üçtərəfli görüşün önəmini qeyd etmişdir. Toplantı daha sonra Özbəkistan Respublikası Hesablama Palatası Sədrinin birinci müavini Bakhodir Turabov Özbəkistan AAQ-ının tarixi və fəaliyyəti barədə qısa məlumat verməsi ilə davam etmişdir.

O, birgə fəaliyyət ilə AAQ-lar arasındakı əməkdaşlığı yeni səviyyəyə qaldırmağın mümkünlüyündən bəhs etmiş və Əməkdaşlıq haqqında üçtərəfli Anlaşma Memorandumunun imzalanmasının zərurətini vurğulamışdır. Özbəkistan AAQ-ı gələcəkdə bilik və təcrübə mübadiləsi, eləcə də beynəlxalq standartlar əsasında hazırlanmış metodoloji təlimat və vəsaitlərin öyrənilməsi məqsədi ilə təlim səfərlərinin təşkil edilməsi və daha sıx görüşlərin keçirilməsinin əhəmiyyətini də bildirmişdir.

Toplantıda Azərbaycan Respublikası Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədov çıxış edərək ECOSAI təşkilatı nəzdində üzv AAQ-ların əməkdaşlığı, həmçinin Türkiyə Respublikası Sayıştay Başkanlığı ilə sıx əməkdaşlıq nəticəsində uğurla həyata keçirilmiş son fəaliyyətlərdən bəhs etmiş və ECOSAI-ın bu təşəbbüslərdə və fəaliyyətlərdə önəmini qeyd etmişdir.

Toplantı Anlaşma Memorandumunun imzalanması, habelə yaxın gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müvafiq fəaliyyətlərin görülməsi ilə bağlı müzakirələrlə bitmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti