...

ETSN azad olunan ərazilərin tənzimlənməsi üçün böyük layihələr hazırlayıb -Nazir müavini

İqtisadiyyat Materials 21 May 2021 17:28 (UTC +04:00)
ETSN azad olunan ərazilərin tənzimlənməsi üçün böyük layihələr hazırlayıb -Nazir müavini

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Qarabağ bölgəsində, işğaldan azad edilən ərazilərin tənzimlənmasi ilə bağlı böyük layihələr hazırlayıb.

Bunu Trend-ə açılamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimiz su ehtiyatlarının zənginliyi baxımından Azərbaycanın digər əraziləri ilə müqayisədə daha zəngindir:

“Azərbaycanda formalaşan su ehtiyatlarımızın 18-20 faizi Qarabağ ərazilərindədir. Bölgədə bir neçə su anbarı var. Araz, Bərgüşad, Tərtər, Həkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisində yerləşir. Bu çaylarının bəzilərinin üzərində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələnçay, Suqovuşan, Köndələnçay-1 və Köndələnçay-2 su anbarları var.

“Xudafərin” və “Qız Qalası” su anbarlarının suyundan istifadə kənd təsərrüfatının inkişafına böyük dəstək olacaq. Bu, su ehtiyatlarımızın dövrəyə qoşulması yüksək məhsuldarlığın olmasına gətirib çıxaracaq”.

Nazir müavini qeyd edib ki, Qarabağ ərazisində olan çayların bir neçəsinin Ermənistan ərazisindən keçməsi çirkləndirmənin yüksək olmasına gətirib çıxarır:

“Araz, Bərgüşad, Oxçu çayda çirkləndirmə yüksəkdir. Nazirlik həmin çaylarda monitorinqlər aparır. Oxçu çayda vəziyyət çox acınacaqlıdır. Monitorinqlərin nəticələri beynəlxalq təşkilatlara göndərilib. Bu məsələnin tənzimlənməsi ilə bağlı nazirlik olaraq tədbirlərin görülməsinə başlamışıq. Ərazilərin tənzimlənmasi ilə bağlı böyük layihələr var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti