...

Avqustun 9-da Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

İqtisadiyyat Materials 5 Avqust 2021 09:35 (UTC +04:00)
Avqustun 9-da Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Bakı. Çingiz Səfərli - Trend:

Avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat və ya 4,5% çoxdur.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti