...

Ər-Riyad son 10 ildə ilk dəfə profisitli dövlət büdcəsini təsdiqləyib

İqtisadiyyat Materials 13 Dekabr 2021 06:49 (UTC +04:00)
Ər-Riyad son 10 ildə ilk dəfə profisitli dövlət büdcəsini təsdiqləyib

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Nazirlər Kabineti bazar günü krallığın 2013-cü ildən bəri ilk dəfə profisitli olacaq 2022-ci il büdcəsini qəbul edib.

Trend xəbər verir ki, müvafiq sənəd kral Salman bin Əbdül Əziz Əl Səudun sədrliyi ilə keçirilən hökumətin xüsusi iclasında təsdiqlənib.

Təsdiq olunmuş büdcəyə əsasən, gəlirlər 278,56 milyard dollar, xərclər isə 254,56 milyard dollar təşkil edəcək. Beləliklə, büdcə profisiti 24 milyard dollar və ya ölkənin ÜDM-nin 2,5%-i həcmində proqnozlaşdırılır. Bu, krallığın 2014-cü ildə dünya neft qiymətlərinin düşməsindən sonra gəlirlərin xərcləri üstələdiyi ilk büdcə layihəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti